Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-dan Putinin Qarabağ bəyanatına reaksiya: Moskva qonşularının suverenliyinə hörmət etmir

Dövlət Departamenti “nəzərdə tutulan plan” ilə əlaqədar Vladimir Putinin şərhini rədd edib...

Rusiya prezidenti bildirir ki, Azərbaycan-Ermənistan münaqişəsilə əlaqədar bu plan Vaşinqton tərəfindən təklif edilib, deyə Turan-ın ABŞ-dakı müxbiri bildirib.

Ermənistan-Azərbaycan nizamlanması ilə bağlı bizim niyyətlərimizlə əlaqədar Moskvadan təhriflər, daha dəqiq desək dezinformasiya davam edir”, - cümə günü Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays brifinqdə Turan-ın müxbirinin sualını cavablandırarkən deyib.

Çərşənbə günü Putin bildirib ki, Vaşinqton Azərbaycanın bütün Dağlıq Qarabağ regionu üzərində suverenliyinin tanınması üçün “plan” təklif edib və əlavə edib ki, Yerevan güzəştə getmək istəsəydi və buna “hazır olsaydı”, RusiyaErmənistana daha sərfəli sövdələşmə əldə etməyə kömək edərdi”.

Prays xatırladıb ki, ABŞ həm Ermənistanın, həm də Azərbaycanın tərəfdaşıdır: “Biz onilliklər ərzində hər iki ölkənin tərəfdaşı olmuşuq”.

Onun sözlərinə görə, Cənubi Qafqaz ölkələrinin, o cümlədən ErmənistanAzərbaycanın suverenliyi və müstəqilliyi üçün ABŞ-dan “böyük tərəfdaş yoxdur”: “1991-ci ildə Ermənistanın, Azərbaycanın Sovet İttifaqından müstəqilliyini bərpa etməsi bu ölkələrin hər birinə Moskvadan və ya hər hansı digər ölkədən asılı olmayaraq öz xarici siyasi və digər maraqlarını həyata keçirmək keçirmək hüququna zəmanət verən əlamətdar hadisə idi”.

Vaşinqton ErmənistanAzərbaycanı onlara uyğun formatda görüşməyə təşviq edib. 

"Biz problemlərin həlli və davamlı sülhə nail olmaq üçün birbaşa dialoqun faydalı olacağına inanırıq", -Prays deyib.

ABŞ ErmənistanAzərbaycanla bir məqsədlə - “zorakılığa son qoymaq və bu ölkələri davamlı və hərtərəfli sülh yoluna çıxarmaq” üçün fəaliyyət göstərir.

Soçidə keçiriləcək üçtərəfli danışıqlarla bağlı Turan-ın sualının cavabında Prays deyib ki, ErmənistanAzərbaycan həmin danışıqlarda hansı yanaşmadan istifadə edəcəklərinə qərar verməlidirlər.

“Düşünürəm ki, söhbət qonşulardan getdiyində, dünya Rusiyanın tarixçəsini bilir. 2008-ci ildə Rusiyanın Gürcüstana hücumu və Ukraynaya davam edən amansız hücum göstərir ki, Moskva öz qonşularının suverenliyinə hörmət etmir və o, çətin ki etibarlı, uzunmüddətli tərəfdaş olsun. Düşünürük ki, bu, Birləşmiş Ştatlarla tamamilə ziddiyyət təşkil edir”, – Prays deyib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Ən çox oxunanalar